30 Oktyabr 2024
Dünya futbolu

“Fənərbağça”nın futbolçusu Fransa klubuna doğru

“Fənərbağça”nın futbolçusu Osayi Samuel komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçuya Fransadan təklif var. “Marsel” klubu oyunçunun xidmətində maraqlıdı. 

Samuelin “Fənərbağça” ilə müqaviləsi mövsüm sonu başa çatır. İstanbul klubu oyunçuya yeni sözləşmə təklif etsə də, futbolçu illik 1,5 milyon avro maaşı bəynəmir. 

O, illik 2,5 milyon tələb edir. Bu səbəbdən də rəhbərliklə anlaşa bilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43