21 Noyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Çox önəmli qələbə qazandıq”

“Bilirdik ki, gərgin oyun keçəcək. Dünən əsas rəqiblərimiz vacib xallar qazanmışdı. Bu gün oyuna əlavə basqı ilə çıxmışdıq. Futbolçularıma təşəkkür edirəm. Oyuna ciddi yanaşdılar. Ayxan Abbasovun komandasına qarşı oynamaq həmişə çətin olur. İkinci hissə bizim üçün daha çətin keçdi. Rəqib 10-15 dəqiqə ciddi təzyiq yaratdı. Həmin dəqiqələrdə qol da buraxdıq, amma sayılmadı. Çox önəmli qələbə qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Şamaxı” qalibiyyəti (2:0) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablayıb:

 Zədəli futbolçuların durumu necədir?

– İssa Cibrilla tam sağalıb. Sadəcə optimal formada deyil. Qismət Alıyev hələ kollektivlə məşq etmir. Əslində elə ciddi zədə deyil. Onun 1-2 oyun buraxması bizim üçün ciddi itkidir.

 Qarşıda “Araz-Naxçıvan”“Qarabağ”  “Neftçi” ilə oyunlarınız varBu matçlara xüsusi hazırlaşacaqsız?

– Bütün oyunlara xüsusi yanaşırıq. Hər xal çox önəmlidir. Keçən ilə baxanda gərgin çempionat keçir. Rəqiblərimiz çox xal itkilərinə yol vermir. Bu oyunlar hamısı beynimdə canlanır. Bugünkü matç da çox önəmli idi. Şamaxıda oynamaq bütün komandalar üçün çətindir.

 Qapıda Aydın Bayramovun olması limitlə bağlı idi? Az oynaması Tiaqo Silvanın performansına mənfi təsir edə bilər?

– Elə problem var. Limit olmasa, bu gün Tiaqoya şans verərdim. Məsələ tək qapıdan getmir. Bütün mövqelərdə rəqabət yaratmaq istəyirik. Aydın Bayramov da çox yaxşı formadadır. Qarşıdakı turlarda heyətə, rəqibə görə qərarlar verəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43