“Qarabağ”ın futbolçusu Toral Bayramovun “Bodo Qlimt”lə görüşdə (2:1) vurduğu qol UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu adına namizəddir.
İdmanxeber.az-ın məlumatına görə, siyahıda Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da namizədlər sırasındadır.
Qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra müəyyənləşəcək.