24 Noyabr 2024
Dünya futbolu

Neymar gələn il “Santos”a gedir

“Əl-Hilal”ın hücumçusu Neymar 2025-ci ilin yanvarında klubla müqaviləsini ləğv edib “Santos”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun 4-6 həftə zədə səbəbindən yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Rəhbərlik də oyunçunun bu durumundan narazıdı. Bu səbəbdən də 32 yaşlı braziliyalı gələn yetirməsi olan “Santos”a keçəcək.

Neymar 2023-cü ilin avqustundan “Əl-Hilal”da çıxış edir. Bütün müddət ərzində o, 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43