23 Noyabr 2024
Ölkə futbolu

Renduliç “Kəpəz”lə etdikləri heç-heçəni şərh etdi

“Sabah” Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib.

İdmanxeber az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Hər birinizi bayram münasibətilə təbrik edirəm. Oyuna böyük səhvlə başladıq və qapımızda qol gördük. Belə olan halda oyuna davam etmək bir az çətindir. Amma qısa müddətdən sonra oyunu bərabərləşdirdik və rəqibdən daha yaxşı oynadıq. Bəxt sayəsində qol vurduq. Hücum etdiyimizə, rəqibə təzyiq etdiyimizə görə belə qol vura bildik. Bəzən belə olur. İkinci hissədə rəqibdən daha yaxşı idik. İki dənə yüz faizli epizoddan istifadə edə bilmədik. Əfsuslar olsun ki, biz qol vura bilmədik, əksinə rəqib fərqləndi.
 Qələbə qazansaydız, oyun sizi qane edəcəkdi?
– Futbolçuların yanaşmasına, mübarizəsinə girə heç nə deyə bilmərəm. İki böyük səhvdən qapımızda qollar gördük.
 Son iki oyunda son dəqiqələrdə qol buraxırsızKomanda fiziki cəhətdən çatdırmır?
– “Zirə” ilə matçda da son dəqiqələrdə qol buraxmışdıq. Fiziki durumla bağlı bir şey deyil. Oyuna daha çox fokuslanmaq lazımdır.
 Son nöqtəni qoya bilməməyin səbəbi nədir?
– Rəqiblərə yuxarıdan aşağı baxdığımızı düşünmürəm. Bu, futboldur, belə şeylər olur. Bəzən boş qapıya qol vura bilmirik.
 Autsayderlə matçlarda itirilən xallar gələcəkdə “Sabah”a necə təsir edəcək?
– Rəqiblərin 3-4-cü dövrədə aqressiv mübarizə aparmaları normal olacaq. Son turlarda itirdiyimiz xalqlardan kino çəkmək olar. Hər oyunda yaxşı oynayan tərəf də bizik, xallar itirən də. Bunu şərh etmək çətindir. İtirilən hər xal problem yaradır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43