“Şamaxı”ya qarşı oyundan (1:0) sonra “Kəpəz”in baş məşqçisi Azər Bağırov mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşmanı belə şərh edib:
“Maraqlı oyun alındı. Penaltini dəqiq yerinə bilmədik. Rəqibin nə qədər döyüşkən komanda olduğunu bilirdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. Sarı vərəqə limitini dolduran, zədəli futbolçuları vardı. Maksimum şəkildə bundan yararlanmağa çalışdıq. Uşaqlara söyləmişdim ki, çəkinmək lazım deyil. Futbolçulara minnətdaram, döyüşdülər və səfərdə qələbə qazandıq”.