“Üzücü məğlubiyyət oldu. Oyunun çox stressli olacağını bilirdik. Futbolçuları matça kökləməyə çalışdıq. Uşaqlar çalışır. Təəssüf ki, sonluğu qoya bilmirik. Bu gün kim səhv edəcəkdisə, o da məğlub olacaqdı. Təəssüflənirəm. Toparlanmaq lazımdır. İkinci dövrə bizim üçün yaxşı keçmir. Amma qışa qədər xallar toplamaq şansımız var. Çətinliklər olmalıdır, olacaq da. Buna hazır idik. Gələcək oyunlara hazırlaşacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Kəpəz” məğlubiyyəti sonrası deyib. O, daha sonra azarkeşlərin istefa şüarları barədə bunları deyib:
“Əlbəttə azarkeşlər üzülür. Əgər biz bu xalları bir dövrədə yox, iki dövrədə yığsaydıq, hər kəsi qane edəcəkdi. Birinci dövrədə çox xal toplamaqla gözləntiləri yüksəltdik. Zədələr, cəzalar da nəticələrə təsir edir. Hədəf bəllidir. Sona qədər mübarizə aparmaq lazımdır”.