27 Dekabr 2024
Dünya futbolu

Bakıya gəlmiş müdafiəçi “Barselona” ilə anlaşdı

Ötən mövsüm Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olmuş Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı müdafiəçinin “Barselona” ilə razılaşdığı bildirilir. Kataloniya klubu bir müddət idi ki, 28 yaşlı futbolçu ilə danışıqlar aparırdı.

Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı deyilir.

Onun yayda azad agent kimi “Barsa”ya keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43