18 Dekabr 2024
Ölkə futbolu Premyer Liqa

“Şamaxı” səfəri öncəsi Berezutskini sevindirən məqam

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah” səfərdə “Şamaxı”nın qonağı olacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, “şirlər”lə səfər oyunu öncəsi komandanın heyətində cəzalı futbolçu yoxdu. Yalnız daha əvvəldən də məlum olduğu kimi, İvan Lepnitsa zədəli olduğu üçün bu görüşü də buraxmalı olacaq.

İlin son oyunu öncəsi xorvatiyalı futbolçu xaric qalan bütün oyunçular Vasili Berezutskinin sərəncamındadı.

Qeyd edək ki, “Şamaxı” – “Sabah” oyunu dekabrın 22-də, saat 14:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43