18 Dekabr 2024
Ölkə futbolu

Hüseynov Bolqarıstan klubunu “Şamaxı”ya dəyişdi

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov klubunu dəyişib.

İdmanxeber.az “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi bölgə təmsilçisi ilə anlaşıb.

O, Bolqarıstanın “Arda” klubundan mövsümün sonunadək icarəyə götürülüb.

Cəlal Hüseynov 2022/2023 mövsümündə icarə əsasında “Şamaxı”nın formasını geyinib. 2023-cü ilin yayında “Arda”ya keçən futbolçu bu komandanın heyətində 45 matça çıxıb və 1 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43