15 İyun 2026
Kateqoriyasız

Region komandası bu məsələdən agah oldu, Bakı klubuna xəbərdarlıq etdi

Azərbaycan II liqasının hazırkı lideri “Şahdağ Qusar” heyətini qorumağa çalışır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Qusar klubunun bir neçə aparıcı üzvü “Şəfa”nın maraq dairəsinə düşüb. Bakı klubu bölgə təmsilçisinin bir neçə əsas heyət üzvünü transfer etmək istəyib.

Belə ki, paytaxt təmsilçisi Qusar klubunun 3 futbolçusu – Ruslan Hacıyev, Ədilxan Qarəhmədov və Emin Quliyevi rənglərinə bağlamağa çalışıb. Lakin bundan xəbər tutan “Şahdağ Qusar” rəhbərliyi qarşı tərəflə təmasa keçərək məsələnin qarşısını alıb və klubla müqaviləsi olan futbolçularına mövsüm sonuna kimi hər hansı bir təklif etməmələri istənilib.

Qeyd edək ki, hazırda II liqada “Şahdğ Qusar” 1-ci, “Şəfa” isə” 2-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43