“Sumqayıt” klubu futbolçusu Fernando Medeyros ilə yollarını ayırdığını açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı braziliyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Fernando Medeyros yayda “Sumqayıt”a keçmişdi.