“Qalatasaray” Gürcüstan millisinin üzvü George Mikautadze transferi üçün israrını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Lion”a növbəti təklifini göndərib. “Sarı-qırmızılar” Fransa təmsilçisinə oyunçuya qarşılıq təzminat olaraq 22 milyon avro ödəməyə hazır olduğunu bildirib. Bu, klub tarixində rekord təklifdi.
24 yaşlı futbolçu cari mövsüm “Lion” forması ilə 22 oyunda çıxış edib, 7 qol vurub və 1 assist edib.