09 Yanvar 2025
Ölkə futbolu

Öncə razı deyildi, indi öz şərtlərini irəli sürdü – Danışıqlar yeni mərhələdə

“Sabah”ın futbolçusu Şakir Seyidov klubunu dəyişə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçunun xidmətində “Kəpəz” maraqlıdı. Artıq tərəflər arasında danışıqlar start götürsə də, hələlik razılıq əldə olunmayıb.

Belə ki, Gəncə klubu Seyidovu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ancaq futbolçu “Kəpəz”dən 1,5 illik müqavilə və ayda 7 min manat maaş tələb edir.

Bu səbəbdən də hələlik tərəflər ortaq məxrəcə gələ bilməyib. Xatırladaq ki, Seyidov daha öncə də icarə əsasında “Kəpəz”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43