“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu sol ayağından xəsarət alıb. 22 yaşlı orta xətt oyunçusunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Kamavinqa bu mövsüm “kral klubu”nun heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.