Misli Premyer Liqasının 19-cu turunun ən çox azarkeş qeydə alınan matçı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, Tovuzda baş tutan “Kəpəz” – “Turan Tovuz” görüşüdü. Qərb derbisini tribunalardan 4300 azarkeş izləyib.
Turun ən az tamaşaçısı isə Zirədə qeydə alınıb. “Qartallar”ın “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdiyi görüşü stadiondan 700 azarkeş izləyib.
Digər matçlarda qeydə alınan tamaşaçı sayı belədir:
“Qarabağ” – “Şamaxı” – 1000 (3:2)
“Sumqayıt” – “Səbail” – 600 – (0:2)
“Neftçi” – “Sabah” – 1500 – (1:1)