06 Fevral 2025
Ölkə futbolu

Samir Abasovu narahat edən məqam: Bu mövqeyə transfer qaçılmaz oldu

“Neftci” əcnəbi qapıçı transfer edəcək.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu yayda qapı mövqeyinə əcnəbi gətirmək niyyətindədi.

Bakılıların baş məşqçisi Samir Abbasov bu baradə klub rəhbərliyinə öz fkirini deyib və legioner qapçı transferinin vacibiliyini bildirib. 

Bakı klubunun məşqilər korpusu Emil Balayevin çıxışından razı deyil və bu baxımdan da komandaya yeni qolkiper cəlb olunacaq ki, onun da əcnəbi olacağı dəqiqləşib.

Artıq “ağ-qaralar”ın skautları bu yöndə işlərə başlıyıb.

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43