06 Fevral 2025
Ölkə futbolu

Belçikalı futbolçu “Araz Naxçıvan”da

“Araz-Naxçıvan” qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi Əyyub Allaşla “6 ay +1 illik” müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldovada “Şerif”də çıxış edib.

Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43