06 Fevral 2025
Dünya futbolu

“Arsenal” argentinalı üçün 120 milyon verir

 “Arsenal”  “İnter”in hücumçusu Lautaro Martinesi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu argentinalı forvard üçün120 milyn avrodan keçməyə hazırdı. 27 yaşlı futbolçunun da Premyer Liqaya gəlməyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, L.Martines bu mövsüm bütün turnirlərdə 31 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43