07 Fevral 2025
Dünya futbolu

Kevin de Bruyne “Mançester Siti”dən gedir

Belçikalı futbolçu Kevin de Bruyne cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçunun karyerasını ABŞ-da davam etdirəcəyi gözlənilir. De Bruyne “San Dieqo” ilə müqavilə bağlamaq üçün ilkin razılığa gəlib.

33 yaşlı futbolçu 2015-ci ilin avqustundan “Mançester Siti”də çıxış edir. Tərəflər arasındakı mövcud müqavilə yayda başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43