Türkiyə Futbol Federasiyası “Qalatasaray” – “Adana Demirspor” oyununun VAR hakimi Yakob Sundberqlə bağlı qərarını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, danimarkalı hakim bir daha Super Liqaya oyunlarında təyinat almayacaq.
“Adana Dəmirspor” “Qalatasaray”la görüşün ilk hissəsində meydanı tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.