12 Fevral 2025
Ölkə futbolu

“Neftçi” futbolçuları bu xəbərə təəccübləndilər – Cəmi 32 min manat…

“Neftçi” rəhbərliyi komandanın “Şamaxı” və “Zirə” üzərində qazandıqları qələbəyə biganə qalmayıb. 

İdmanxeber.az-a verilən məlumata görə, futbolçular iki görüşdə əldə edilən nəticələr üçün pul mükafatı alacaq. Oyunçulara hər oyuna görə 1000 manat ödənəcək. Bir qələbəyə təxminən 32-33 min manat “premya” bəlirlənib.

Klub rəhbərliyi “Şamaxı” və “Zirə” üzərindəki qalibiyyətə fərq qoymayıb. Hər iki oyun üçün standart pul mükafatı ödənilib.

Xatırladaq ki, “ağ-qaralar” “Şamaxı”nı 1:0, “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43