12 Fevral 2025
Dünya futbolu

“Barselona” futbolçusunu Madrid klubuna satır

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes klubunu dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Atletiko”nun maraq dairəsindədir. Madrid klubu ispaniyalı yarımmüdafiəçi üçün təxminən 50 milyon avro təklif etməyə hazırdır.

Kataloniya klubu 21 yaşlı futbolçunu satmağa müsbət yanaşır. Buna səbəb klubdakı maliyyə problemləridi. 

Lopesin “Barselona” ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43