Misli Premyer Liqasının XXIII turunda “Kəpəz” “Şamaxı”nı qəbul edəcək.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu bu görüşə ciddi itki ilə çıxacaq. “Sarı-göylər”in müdafiəçisi Dioqo Verdaşka komandasına kömək edə bilməyəcək.
O, sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
“Kəpəz” – “Şamaxı” matçı ayın 17-də, saat 16:00-da start götürəcək.