12 Fevral 2025
Dünya futbolu

Sabiq PSJ-li Portuqaliya klubunda

PSJ-nin keçmiş müdafiəçisi Layvin Kurzava karyerasını  Portuqaliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Boavişta” klubuna keçib. Tərəflər 6 ay müddətinə müqavilə imzalayıblar. 32 yaşlı futbolçu daha əvvəl 6 ay idi klubsuz qalmışdı.

“Boavişta” Portuqaliya çempionatlnda  12 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43