Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, Vinisius Junior (“Real”), Vanqilis Pavlidis (“Benfika”), İqor Payxao (“Feyenoord”) və Seri Qirassi (“Borussiya”) bu ad üçün yarışır.
Qalib UEFA-nın saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları 18-19 fevralda keçiriləcək.