Misli Premyer Liqasının XXIV turunun ən çox azarkeş qeydə alınan qarşılaşması bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bir neçə gündü ölkədə davam edən əlverişsiz hava şəraiti Premyer Liqa oyunlarında tamaşaçı sayına da təsir edib. Buna rəğmən, azarkeş baxımından ən yaxşı göstərici “Şamaxı” – “Turan Tovuz” qarşılaşmasında qeydə alınıb. Matçı tribunalardan 600 azarkeş izləyib.
XXIV turun ən az fanat sayısı isə “Araz Naxçıvan” – “Səbail” matçında müşahidə edilib. Qarşlaşmanı cəmi 70 nəfər izləyib.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:
“Neftçi” – “Sumqayıt” – 200
“Zirə” – “Kəpəz” – 100
“Qarabağ” – “Sabah” – 500