İspaniya La Liqasının prezidenti Xavyer Tebas VAR-la bağlı maraqlı açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbəri sistemdə dəyişikliyə ehtiyac olduğunu açıqlayıb.
“Bütün mübahisələr rəqabətə zərər verir. Bir şey işləmirsə, həmişəki kimi davam edə bilməzsiniz. Dəyişikliklərə ehtiyac var. Mən məhkəməyə dedim ki, biz belə davam edə bilmərik. Bunu etsək, VAR daha yaxşı olacaq. Mübahisələr başqa ölkələrə də sirayət edir”.
İspaniya çempionatında 25 turdan sonra “Barselona” 54 xalla liderdir. Eyni xala sahib “Real” ikinci, 53 xala malik olan “Atketiko” isə üçüncüdü.