“Liverpul”un müdafiəçisi Vircil van Deyk karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Bavariya” klubu maraqlıdı. Münhen klubu oyunçunu azad agent kimi heyətinə qatmaq istəyir.
Van Deykin “qırmızılar”la sözləşməsi yayda başa çatacaq. O, 2018-ci ilin yanvarından Premyer Liqa klubunda çıxış edir.
Onun transfer dəyəri 28 milyon avrodur.