25 Fevral 2025
Dünya futbolu

“Ardanın zamana ehtiyacı var” – Karlo Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Arda Gülər barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssisə növbəti dəfə gənc oyunçunu oynatmaması ilə bağlı sual ünvanlanıb. Ançelottinin cavabı belə olub:

“O da hamı kimi çalışır, üzərində işləyir. Bütün gənc futbolçular bu dönəmdən keçib. Rodriqo, Vinisius, Valverdə də belə olub. Ardanın da zaman ehtiyacı var. Çünki heyətdə yüksək səviyyəli futbolçular çoxdu. Burada rəqabət yüksək səviyyədədi. Hər kəs bunu anlayışla qəbul etməlidir”.

Xatırladaq ki, bir müddət öncə türkiyəli futbolçunun komandadan ayrılacağı barədə iddialar çıxmışdı. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43