Polşa çempionatının 23-cü turunun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçuları Rahil Məmmədovla Renat Dadaşovun çıxış etdiyi “Radomyak” evdə “Lods”la üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatıb. Dadaşov debüt matçının 90-cu dəqiqəsində fərqlənərək komandasına bir xal qazandırıb.
Rahilin adı isə görüşün iştirak ərizəsinə daxil edilməyib.

