05 İyul 2026
Dünya futbolu

“Real”da ciddi itki: 3-4 həftə oynamayacaq

“Real”ın müdafiəçisi Ferlan Mendi zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun durumu ciddidir. O, ən azı üç həftə yaşıl  meydanlardan uzaq qalacaq.

Mendi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko”ya qarşı matçın ikinci hissəsinin sonunda zədələnib və əvəzlənib.

Mendi bud əzələsindəki zədə səbəbindən 3-4 həftə oynaya bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43