05 İyul 2026
Dünya futbolu

Fransalı futbolçu “Milan”dan təklif gözləyir

“Milan”ın müdafiəçisi Teo Hernandes komandadan ayrılmaq istəmir.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu klubda forma geyinməyə davam etmək niyyətindədi. O, hətta rəhbərlikdən yeni müqavilə gözləyir.

Hernandesin hazırkı sözləşməsi 2026-cı ildə başa çatacaq və “Milan” onu azad agent kimi itirməmək üçün yayda transfer təkliflərini nəzərdən keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43