“Real”ın müdafiəçisi Ferlan Mendi zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun durumu ciddidir. O, ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Mendi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko”ya qarşı matçın ikinci hissəsinin sonunda zədələnib və əvəzlənib.
Mendi bud əzələsindəki zədə səbəbindən 3-4 həftə oynaya bilməyəcək.

