Ötən gün “Səbail” baş məşqçisi Cavid Hüseynovla yolları ayırıb.
Bakı klubu yaydığı rəsmi məlumatda qeyd edib ki, Hüseynov istefaya göndərilib.
Əldə etdiyimiz məlumata görə, Hüseynovun getməsinə əsas səbəb nəticələr olsa da, oyundan sonra mətbuat konfransında dilə gətirdiyi “məşqçi kimi tək qalmışam” ifadəsinin əsas məğzi başqa imiş.
Məsələ burasındadı ki, Cavid Hüseynovun bir müddətdi köməkçisi Elvin Məmmədovla münasibətləri yaxşı deyilmiş. Bir çox qərarlarda öz köməkçilərindən, xüsusən də Məmmədovda dəstək hiss etməyən Hüseynov son olaraq göndəriləcəyini bildiyindən “Neftçi” ilə matçdan sonra məlum açıqlamaları verib.
Maraqlısı budur ki, Cavid Hüseynovu istefaya göndərən “Səbail” çox keçmədən bu posta onun köməkçisi olmuş Elvin Məmmədovun təyin olduğunu açıqladı.
İdmanxeber.az

