29 İyun 2026
Dünya futbolu

Milli komandada ciddi itki

İngiltərə millisinin futbolçusu Koul Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, məşq zamanı zədələnən “Çelsi”nin futbolçusu yığmanın düşərgəsindən ayrılıb.

Palmer İngiltərənin dünya çempionatının seçmə mərhələsində qarşılaşacağı Albaniya və Latviya ilə görüşlərində iştirak edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43