20 İyun 2026
Dünya futbolu

Avropa klubları Osimhen üçün yayı gözləyir

“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliya klubundan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında “Qalatasaray”da çıxış edən futbolçuya bir neçə klubdan təklif var. Türkiyə mediasının məlumatına görə, Viktor Osimhenlə PSJ, “Mançester Yunayted”,  “Yuventus”, “Arsenal” və  “Barselona” maraqlanır.

Xatırladaq ki, ulduz futbolçu müqavilə ilə “Napoli”yə məxsusdu. O, 75 milyon avro qarşılığında sərbəst qala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43