27 İyul 2026
Ölkə futbolu

AFFA “Sabah” və “Qarabağ”ı cərimələdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunda qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib: 

15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” komandası 500 manat cərimə edilsin (maddə 70.1);


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43