15 İyul 2026
Dünya futbolu

Madrid klubu Premyer Liqadan futbolçu gətirir

“Atletiko” müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.

İdmanxeber.az-ın məlumatına görə, rəhərlik “Tottenhem”in müdafiəçisi Kristian Romeronu komandasında görmək istəyir. Baş məşqçi Dieqo Simeone də oyunçunun alınmasını tələb edib.

Kristian Romero bu mövsüm 17 matçda iştirak edib, “Transfermarkt” oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43