Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” bu görüşə itkilərlə çıxacaq. Zədəli Andrey Ştoqrin oyunda iştirak edə bilməyəcək. Digər zədəli futbolçular – Emin Mahmudovla Mustafa Sekin durumu isə bəlirsizdir.
Onların “Sabah”a qarşı oynayıb-oynamayacağı sual altındadır. Komandanın hücumçusu Bassalu Sambu isə cəza səbəbindən bu görüşü buraxacaq.
“Sabah” da “Neftçi” ilə oyuna itkilərlə çıxır. Zədəli Amin Seydiyevlə Namik Ələsgərov bugünkü matçı kənardan izləyəcəklər.
Qarşılaşma bu axşam saat 19:30-da start götürəcək.

