“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi komandasını dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Real” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Kral klubu” yay transfer pəncərəsində oyunçunun keçidini təşkil etməyi planlaşdırır.
İspaniyalı futbolçu bu mövsüm 39 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

