Azərbaycan II Liqasında mübarizə aparan “Şəfa” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
İdmanxeber.az-a verilən məlumata görə, Bakı təmsilçisi “Səbail”in futbolçusu Nihad Quliyevin xidmətində maraqlıdır. Artıq tərəflər arasında razılıq əldə olunub.
24 yaşlı müdafiəçi növbəti mövsümdən paytaxt təmsilçisində çıxış edəcək. Quliyevin “Şəfa” ilə 3 illik müqavilə bağlayacağı bildirilir.
Xatırladaq ki, futbolçu “Səbail”in “Kəpəz”ə qarşı keçirdiyi son matçda start heyətində yer almışdı.

