09 İyul 2026
Dünya futbolu

“Real” millinin üzvünü istəyir

“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi komandasını dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Kral klubu”  yay transfer pəncərəsində oyunçunun keçidini təşkil etməyi planlaşdırır.

İspaniyalı futbolçu bu mövsüm 39 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43