09 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubunun futbolçusundan maraqlı seçim – YENİ KLUBU BİLİNDİ

Azərbaycan II Liqasında mübarizə aparan “Şəfa” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, Bakı təmsilçisi “Səbail”in futbolçusu Nihad Quliyevin xidmətində maraqlıdır. Artıq tərəflər arasında razılıq əldə olunub.

24 yaşlı müdafiəçi növbəti mövsümdən paytaxt təmsilçisində çıxış edəcək. Quliyevin “Şəfa” ilə 3 illik müqavilə bağlayacağı bildirilir.

Xatırladaq ki, futbolçu “Səbail”in “Kəpəz”ə qarşı keçirdiyi son matçda start heyətində yer almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43