“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi heyətinə qatmaqda israrlıdır.
İdmanxeber.az-ın məlumatına görə, “kral klubu”nun rəhbərliyi artıq oyunçu üçün hərəkətə keçib. Argentinalı futbolçunun Madrid təmsilçisində çıxış etmək istədiyi bildirilir.
24 yaşlı oyunçu “transfermarkt” tərəfindən 75 milyon avro dəyərində qiymətləndirilir və onun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.
O, bu mövsüm londonluların heyətində 35 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

