24 İyun 2026
Dünya futbolu

Ötən ilin ən çox qazananı “Real” oldu

UEFA ötən mövsümün ən çox qazananın “Real” klubu olduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi büdcəsini 138,8 milyon avro zənginləşdirib. 

“Atalanta” Avropa Liqasını qazandığı üçün təxminən 34 milyon avro alıb.

“Mançester Siti” 110,5, “Barselona” 98, “Mançester Yunayted” isə 60,7 milyon avro qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43