24 İyun 2026
Dünya futbolu

“Real”ın baş məşqçisi həbs oluna bilər

“Real”ın baş məşqçisi Karlo Ançelotti məhkəmə önünə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, vergidən yayınma səbəbilə mütəxəssis məsuliyyətə cəlb edilib. Ona 4 il 9 ay həbs cəzası tələb edilib.

Ançelottinin bu cəzasının pul cəriməsi ilə əvəzlənəcəyi gözlənilir. Daha öncə Kriştiano Ronaldo və Arda Turan kimi futbolçular da İspaniyada bu problemlə üzləşmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43