19 İyun 2026
İdman

Millimiz Polşada təlim-məşq toplanışına qatılıb

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisinin üzvləri Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıblar.

İdmanxeber.az-ın məlumatına görə, hazırlıq prosesi bu gün başa çatacaq.

Toplanışa yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. Bu, mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43