13 İyun 2026
Dünya futbolu

“Qalatasaray”dan Premyer Liqaya

“Qalatasaray”da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki,”Mançester Yunayted” və “Çelsi” Osimheni transfer etmək istəyir. 26 yaşlı futbolçu müqavilə əsasında İtaliyanın “Napoli” klubuna məxsusdur. 

Qeyd edək ki, İtaliya klubu Osimhen üçün 70 milyon avro tələb edir.

Viktor bu mövsüm 32 matçda 28 qol və 5 məhsuldar ötürmə müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43