12 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” – “Sabah” matçına doğru: ev sahibində 4, qonaqlarda 6 futbolçu yoxdur

Misli Premyer Liqasının XXX turunda “Turan Tovuz” doğma meydanda “Sabah”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda oyuna itkilərlə çıxacaq. Tovuz təmsilçisində cəzalı Veysəl Rzayevlə, zədəli Denis Marandiçi, Şəhriyar Əliyev və Rüfət Əhmədov görüşdə çıxış etməyəcək. Digər zədəli futbolçu Roderik Millerin oynayıb-oynamayacağı isə bəlli deyil.

“Sabah” da bu matça itkilərlə çıxacaq. İvan Lepinitsa cəza səbəbindən oyunu kənardan izləyəcək. Bakı klubunun zədəli futbolçuları – Coy Lens-Mikels, Namik Ələsgərov, Vinsent Till, İqor Noqeyra və Amin Seydiyev “Turan Tovuz”la matçı buraxacaq.

“Turan Tovuz” – “Sabah” qarşılaşması bu gün saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43